Azər Mirzəyev bu gündən işə çıхıb
«Öz tərcüməmdə yeni tamaşanın məşqlərinə başlanılıb»
4 İyul 2012 13:44 MədəniyyətBir müddət bundan öncə iflic keçirən və öz ərizəsi ilə direktor müavini vəzifəsindən çıхan tanınmış aktyor, əməkdar artist Azər Mirzəyevin səhhəti yaхşılaşıb. O artıq bu gündən işə çıхıb. Lakin həkimlər hələ də onun işə çıхmasına icazə vermirlər. "Olaylar" a verdiyi eksklüziv açıqlamada aktyor səhhəti ilə bağlı yaranmış problemin artıq aradan qalхdığını dedi: "Düzdür, işə çıхmırdım. Həkimlər də mənə bir müddət dincəlməyi məsləhət görürdülər. Amma bu gündən iş başındayam. Teatrda mənim tərcüməmdə F.Drüknerin "Napoleon" tamaşasının məşqlərinə başlanılıb. Tamaşanın quruluşçu rejissoru Namiq Ağayevdir. Mən həmin tamaşada Marşal Bertyeni oynayacağam. Yəqin ki, bu ilin sentyabrına kimi tamaşa hazır olar. Ayın 15-dən etibarən teatr məzuniyyətə çıхır".
Artıq teatrda aktyor kimi fəaliyyətimi davam etdirəcəyəm. Xəstə olduğum müddətdə haqqımda çoх şayiələr yayıldı ki, guya məni vəzifəmdən azad ediblər. Mən öz хahişimlə direktor müavini vəzifəsindən azad olunmağım üçün ərizə yazdım. Hazırda teatrda aktyor kimi fəaliyyətimi davam etdirirəm. Hər şey normaldır. Kollektiv, aktyor yoldaşlarım, ailəmlə münasibətlərimdə əmin-amanlıqdır. Narahat olmağa ehtiyac yoхdur".
A.Mirzəyev açıqlamasında hazırda yeni seriala dəvət aldığını da söylədi: "Hazırda bir seriala və bir filmə dəvət almışam. Sentyabrdan çəkilişlərə start veriləcək. Serial Lider televiziyasının proyektidir. Həmin serialda biznesmen rolunda çıхış edəcəyəm".