Ən çox qazanan aktyorlar Tom Kruz və Leonardo Di Kapriodur

Sonrakı yerləri Adam Sendler və Duen Conson tutur

Tom Kruz Hollivudun ən bahalı aktyorudur. "OLAYLAR" İTAR-TASS xəbər agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın Forbes jurnalının məlumatına görə, T.Kruz Hollivudun ən bahalı aktyoru sayılır. Belə ki, o ötən bir ildə 75 mln dollar qazanıb. Bu vəsaitin əsas hissəsini aktyor "Öhdəlik  yerinə yetirilmədi" filmindəki roluna görə alıb. Filmə kirayədən 700 mln dollar gəlir gətirib. Buna baxmayaraq aktyorun şəxsi həyatında aləm bir birinə qarışıb. Bir neçə gün bundan əvvəl onun həyat yoldaşı Keti Homs boşanmaq üçün məhkəməyə ərizə verib və 6 yaşlı qızlarına yeganə qəyyumluğu öz üzərinə götürmək üçün mübarizə aparacaq. Forbesin bahalı aktyorları  sırasında  ikinci Leonardo Di Kaprio gəlir-37 mln dollar. Baxmayaraq ki, Klint İstvudun "Quver" filmində Di Kaprio FTB-nin əfsanəvi başçısı rolunu oynayıb, gözlənilən nəticə əldə olunmayıb. "Titanik"in ulduzu bahalı aktyorlar sırasında qalır. Üçüncü yerdə 37 mln dollarla Adam Sendler gəlir. Dördüncü yeri isə 36 mln dollarla Duen Conson  tutur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31