"Əmir Teymur"un birinci hissəsinin özbək dilinə tərcüməsi başa çatıb

Yunus Oğuza Özbəkistanda fəxri ad verilə bilər

Məlumat verildiyi kimi, bir bir neçə ay öncə "Olaylar" qəzeti və eyniadlı agentliyin rəhbəri, tanınmış tarixi romanlar yazarı Yunus Oğuzun "Əmir Teymur" romanının özbək dilinə tərcüməsi başlamışdı. Bu günlərdə redaksiyamıza daxil olan məlumata görə, kitabın birinci hissəsi artıq özbək dilinə tərcümə olunub və yaxınlarda nəşrə veriləcək. Bir neçə ay əvvəl Özbəkistan Yazıçılar Birliyinin bu ölkənin rəhbərliyi qarşısında Yunus Oğuza fəxri ad verilməsi təşəbbüsü ilə çıxış edəcəyi barədə də məlumatlar var idi. Özbəkistan ziyalıları ilə əlaqələri olan bir oxucumuzun verdiyi bilgiyə görə, bu məsələ Özbəkistanın bir qrup yazıçılarının gündəmindədir və "Əmir Teymur"un birinci hissəsinin özbək dilində çapı bu prosesi sürətləndirə bilər.("Bakı-Xəbər")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31