Şəfiqə Məmmədovanın təşkilatı qeydiyyata alındı
3 İyul 2012 16:57 MədəniyyətAzərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Bu barədə "Qafqazinfo"ya İttifaqın sədri, Xalq artisti Şəfiqə Məmmədova məlumat verib. O bildirib ki, bu gün qurumun növbəti iclası keçirilib: "İclasda gələcək fəaliyyətimiz, kinonun inkişafı müzakirə olundu, fəaliyyət istiqamətimiz müəyyənləşdi. Katiblər tərəfindən təkliflər irəli sürüldü. İnanıram ki, Respublika Kinematoqrafçılar İttifaqı kinonun inkişafına təkan olacaq".
Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı iyunun 21-də təsis olunub. Şəfiqə Məmmədova İttifaqın sədri, Cəmil Quliyev icraçı katibi, İdarə heyətinin digər üzvləri isə təşkilatın katibləri seçiliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31