“Akademik Kamal Talıbzadə” kitabı işıq üzü görüb

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən "Akademik Kamal Talıbzadə" kitabı çap edilib. Kitab "Sənətkarın elmi pasportu - 42" seriyasına uyğun olaraq hazırlanıb. Akademik Kamal Talıbzadənin anadan olmasının 100 illiyinə həsr olunan nəşr Ədəbiyyat İnstitutunun Elmi Şurasının 1 iyun 2023-cü il tarixli 3 saylı qərarı ilə işıq üzü görüb. 

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli "Ədəbi-tənqidi fikrin patriarxı" başlıqlı ön sözündə görkəmli Azərbaycan tənqidçisi, akademik Kamal Talıbzadənin zəngin yaradıcılığını yüksək qiymətləndirib.

Kitabın tərtibçisi Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusiflidir. Redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Qürbət Mirzəzadədir.

Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin əməkdaşlarının hazırladığı kitabda akademik Kamal Talıbzadənin həyat və sənət yolundan bəhs olunur. Kitabda yubliyarın ömür yoluna aid müxtəlif fotolar da yer alıb.

"Elm və təhsil" nəşriyyatında çap edilən kitab 288 səhifədir. Nəşrin məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır.

Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31