“Heydər Əliyev İli” ilə əlaqədar olaraq Naxçıvanda silsilə tədbirlər keçiriləcək - ÖZƏL
16 Oktyabr 2023 13:15 Mədəniyyət"Heydər Əliyev İli" ilə əlaqədar olaraq Naxçıvanda silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin aparat rəhbəri İlhamə Nəzərova verib. Bildirib ki, oktyabrın 20-də Sədərək rayonunda "Heydər Əliyev İli" ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsi təşkil olunacaq. Rəsm müsabiqəsi Sədərək rayon 2 nömrəli tam orta məktəbdə baş tutacaq. Bundan başqa "Heydər Əliyev İli" ilə əlaqədar yeniyetmələr arasında cüdo üzrə Naxçıvan şəhər açıq birinciliyi təşkil olunacaq. İlhamə Nəzərova deyib ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi keçiriləcək tədbirlərin əsas təşkilatçıları sırasında yer alacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31