Sabah Bakıda Polşa Film Festivalı başlayır

Oktyabrın 10-da Bakıda Polşa Film Festivalı keçiriləcək.Bu barədə Olaylar.az-a Polşanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Nizami Kino Mərkəzində baş tutacaq festival çərçivəsində Polşa istehsalı olan "Solid Gold", "Bread and salt", "Filip" və "Supernova" filmləri nümayiş etdiriləcək. Filmlər Azərbaycan dilində subtitrlə olmaqla polyak dilində göstəriləcək.Təsbirə Polşa Kinematoqrafçılar Assosiasiyasının prezidenti Jacek Bromski də qatılacaq.Festivala oktyabrın 13-də yekun vurulacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31