Beynəlxalq Muğam Mərkəzinin nəşrləri seriyasından “Son nöqtədən sonra” adlı kitab işıq üzü görüb

Beynəlxalq Muğam Mərkəzinin nəşrləri seriyasından yeni kitab işıq üzü görüb. 

Muğam Mərkəzindən Olaylar.az-a bildirilib ki, filologiya üzrə fəlsəfə doktoru, Gülhüseyn Kazımlının "Məşədi Məhəmməd Fərzəliyev- Son nöqtədən sonra" adlanan kitabı böyük xanəndəmiz Məşədi Məhəmməd Fərzəliyevin İstanbul həyatının tədqiqinə həsr olunub.

Kitabda xanəndəni şəxsən görmüş insanların xatirələri yer alıb. Həmçinin xanəndənin XX əsrin əvvəllərində müxtəlif firmalarda səsini yazdığı valların fotoları və kataloqu daxil edilib. 

Kitabın redaktoru Amin Namazlı, məsləhətçi Turan İbrahimovdur. 

Qeyd edək ki, əslən Şuşadan olan xanəndə 1929-1962-ci illərdə İstanbulda yaşamış, "Azəri musiqi heyəti" yaradaraq muğam və xalq mahnılarımızı təbliğ edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31