Qırğızıstanda Yunus Oğuzun “Attila” tamaşasının premyerası baş tutub- ÖZƏL + FOTO

Oktyabrın 2-də Qırğızıstanda yazıçı-publisist  Yunus Oğuzun "Attila" tamaşasının premyerası baş tutub. Bununla bağlı Qırğızıstan Respublikasının əməkdar mədəniyyət işçisi, Kukla Teatrının bədii rəhbəri Nurlan Asanbekovla əlaqə saxladıq.                                                                                          Rejissorun bu tamaşanın hazırlanması ilə bağlı bölüşdüyü öz təəssüratlarını oxuculara təqdim edirik:

"Ötən il "Türksoy"un rəhbəri Sultan Akimoviç Rayev mənə zəng edərək dostu, azərbaycanlı yazıçı-publisist, türkoloq Yunus Oğuzun "Attila" pyesilə tanış olmağımı və bu pyesin tamaşaya qoyulmasını mənə təklif etdi. Həmin vaxt teatrmızda əsaslı yenidənqurma təmir işləri aparılırdı və nəhayət, oktyabrın 2-də biz Attila tamaşası ilə birlikdə Babur adına özbək teatrının yüz altıncı teatr mövsümünü açıq elan etdik.  Tamaşanı səhnələşdirməzdən əvvəl Yunus Oğuzun Əmir Teymur və Nadir şah haqqında yazdığı tarixi romanları ilə tanış oldum və bu, məndə böyük təəssürat oyatdı.O zaman anladım ki, o, dərin, çoxşaxəli, fəlsəfi bir yazıçıdır. Özbəkistan və Qırğızıstan Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən teatrın əsaslı təmiri  (maliyyə xərclərinin böyük hissəsi Özbəkistan tərəfindən qarşılanıb -red.) Qırğızıstanda özbək mədəniyyətinin inkişafına dostluq və qardaşlıq yardım simvoluna çevrildi. Lakin Sultan Akimoviç Rayevin ideyası təkcə tamaşanı Özbəkistan səhnəsində göstərmək deyil, həm də geosiyasi məkanın inkişafında böyük rol oynamış Attila kimi tarixi şəxsiyyətlərimizi üzə çıxarmaqla sərhədləri genişləndirmək idi. Hun əsilli Attila türkdilli xalqların əcdadı hesab olunur və bir çox tarixi hadisələr, imperiyaların taleyində dönüş nöqtələri məhz onun adı ilə bağlıdır. Bir çoxlarına sirr deyil ki, onun adı həm də Roma İmperiyasının süqutu ilə bağlıdır. Təbii ki, mən tarixçi deyiləm və bu barədə dərin danışa bilmərəm, amma "Attila" pyesini Babur teatrında səhnələşdirmək üçün bir rejissor kimi sərkərdənin şəxsiyyəti ilə bağlı müxtəlif mənbələrdən tanış olduqdan sonra daha inandırıcı olmaq üçün bir çox təhlillər apardım. Tamaşanın maliyyə məsələlərinə gəlincə isə, Qırğızıstan tərəfi bu işi öz boynuna götürdü və bu ilin martında biz məşqlərin ilkin mərhələsinə başladıq. Həmin mərhələ aktyor seçimi, səhnənin cənub bölgəsinə xas bir dilə uyğunlaşdırılması və tarixi qəhrəmanımızın rolunun adi tamaşaçıya aydın formada uyğunlaşdırmaqdan ibarət idi. Təbii ki, biz müəllif mətninə son dərəcə ehtiyatla və incəliklə yanaşaraq, optimal forma və üsluba yiyələnməyə çalışdıq ki, bu da yerli tamaşaçılar tərəfindən çox müsbət qarşılandı. Daha sonra avqust ayının ortalarında tamaşanın səhnələşdirilməsinin ikinci mərhələsinə başladıq. Avqust-sentyabr aylarında biz artıq təmir olunmuş teatrın səhnəsində tam sürətlə tamaşa üzərində işləyirdik, həm də Qırğızıstanın ən qədim teatrı sayılan Babur adına özbək musiqili dram teatrının yüz altıncı mövsümünün açılışına hazırlaşırdıq.                                                                                               

Teatrın mövsüm açılışı günündə yerli administrasiyanın rəsmiləri dəvət olunmuşdu və prinsipcə, tamaşanın dili onlara çox aydın idi və tamaşa böyük bir coşqu ilə qarşılandı. Tamaşada tanınmış quruluşçu rəssam Yoldaş Nurmatov və Orta Asiya teatr aləmində tanınan modelyer və geyim üzrə rəssam Zuxra Muxanbekova, xoreoqraf Yevgeni Prokopenko, quruluşçu rejissor Nurbek Polotov da dəvət olunmuşdu.                                           

Etiraf edim ki, iş prosesinin özü heç də rəvan getmədi. Mən deyərdim ki, tarixi süjet xüsusi yanaşma tələb edir ki, burada çoxlu sayda aktyor iştirak edəcəkdi (özbək dram teatrının 32-yə yaxın aktyoru iştirak edib -red). İstehsalın özü konseptual olaraq maili platforma şəklində, kostyumlar isə şərti olaraq qərara alınmışdı, çünki mən deməzdim ki, biz hunların o dövrünün geyimlərinə bələd idik. Zuxra Muxanbekova kostyumların çox lakonik olacağına qərar verdi. Bizans və romalıların bir rəng tonlarında olduğa halda, hunların daha qəddar və aqressiv tonlarda olduğu aydın şəkildə tamaşada təqdim edilmişdir.                                                           

Ümid edirik ki, bu tamaşa təkcə tamaşaçılarımız tərəfindən deyil, bütün xalqlarımızı birləşdirən türkdilli xalqların festivallarında qonşu ölkələrin tamaşaçıları tərəfindən də yaxşı qarşılanacaqdır. İstərdik ki, bu tamaşa təkcə Orta Asiyada deyil, Azərbaycanda, Türkiyədə, Macarıstanda da mümkün qədər çox tamaşaçı tərəfindən izlənilsin ki, gənc nəslə Attila kimi şəxsiyyətlər göstərilsin. Hər birimiz çox gözəl bilirik ki, tarix müxtəlif yollarla yenidən yazılıb və Attila kimi bir şəxsiyyətin olduğunu gözardı etmək olmazdı. Əvvəllər bəzi tarixi hadisələr sadəcə olaraq susdurulmuşdu və hesab edirəm ki, bizim gənc nəsil və digər gənclərimiz üçün Attila mövzusu, hun mövzusu, türk mövzusu həmişə aktual olaraq qalacaq.Bu cür maraqlı pyesə görə Yunus Oğuza dərin təşəkkürümü bildirmək istəyirəm və ümid edirəm ki, onun digər pyesləri, əsərləri ölkələrimizin, xalqlarımızın nəinki səhnələrində, eləcə də türkdilli ölkələrimizdə də geniş şəkildə ekranlaşdırılacaq. Mən eləcə by pyesi Babur səhnəsində tamaşaya qoyulmasını mənə təklif edən Sultan Akimoviç Raya da yaradıcılıq uğurları arzulayıram və gələcəkdə ölkələrimizin bütün yaradıcı şəxsiyyətlərinə öz əsərləri ilə daha çox mübadilə etmələrini və bir-birlərini maarifləndirmələrini arzu etmək istərdim, çünki yazıçılar bir-birinin əsərləriylə son dərəcə az məlumatlıdırlar və indiki mərhələdə biz sadəcə olaraq, bu mövzu ilə daha çox tanış olmalıyıq."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31