Sidneyə 90-dan çox dron düşüb (VİDEO)

Avstraliyanın Sidney şəhərində "Vivid Sydney" adlı festival çərçivəsində keçilirən işıq şousunda 90-a yaxın dron sıradan çıxaraq yerə çırpılıb və çox sayda nümayişin təxirə salınmasına səbəb olub.

Olaylar xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

İnsident yerli vaxtla 19:30 radələrində "Star Bound" adlı səma şousu zamanı yaşanıb. Əvvəl performansda iştirak edən dronların qrup şəklindəki nizamı pozulub daha sonra uçuş aparatları bir-bir yerə düşməyə başlayıb.

Səma şousuna cavabdeh olan "Skymagic" britaniya şirkəti yaranmış problemi radio tezlikdəki gözlənilməz dəyişikliklərlə əlaqələndirib. Xoşbəxtlikdən dronların yerə düşməsi nəticəsində xəsarət alan olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31