Azərbaycan təmsilçisi ISESCO Komitəsinə üzv seçilib
25 Sentyabr 2023 13:27 MədəniyyətAzərbaycan Memarlar İttifaqının Memarlıq irsi üzrə komissiyasının sədri Rizvan Bayramov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının ISESCO İslam Dünya İrs Komitəsinə (IWHC) üzv seçilib.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycanın Mərakeş və Seneqaldakı səfiri Nazim Səmədov "X" hesabında yazıb.
"Rizvan Bayramovu İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının İslam Dünya İrs Komitəsinə (IWHC) Azərbaycandan üzv seçilməsi münasibətilə təbrik edirəm", - paylaşımda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31