Tahir Salahovun qızı vəfat etdi - FOTO

Xalq rəssamı Tahir Salahovun rəssam qızı Alagöz Salahova 70 yaşında vəfat edib.

Olaylar.az xəbər verir ki, bu barədə onun oğlu Dan Salahov məlumat yayıb.

O, anasının 6 ay ölkə xaricində və Bakıda müalicədə olduğunu qeyd edib.

A.Salahovanın dəfn mərasimi sentyabrın 21-də Bakıda keçiriləcək.

Qeyd edək ki, A.Salahova T.Salahovun özbək rəssam Vansetta Qarayaqubova ilə evliliyindən dünyaya gəlib.

trend

Tahir Salahovun qızı vəfat etdi (FOTO)

Tahir Salahovun qızı vəfat etdi (FOTO)
 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31