"Bütöv Azərbaycan bədii təfəkküründə Şuşa" kitabının təqdimatı keçirilib

Bu gün Azərbaycan Yazıçılar Birliyində, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, yazıçı Esmira Fuadın Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə çap edilən və məzmunu Əbədi Turan Kitab Fondu İctimai Birliyinin cavabdehliyində olan "Bütöv Azərbaycan bədii təfəkküründə Şuşa" kitabının təqdimatı keçirilib.

Olaylar.az xəbər verir ki, tədbirdə bir sıra elm adamları, yazıçı, şairlər və media nümayəndələri iştirak edib.

Tənqidçi, ədəbiyyatşünas Əsəd Cahangirin aparıcılıq etdiyi tədbirin açılışını Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, yazıçı Rəşad Məcid edib. O, müəllif və kitab haqqında fikirlərini səsləndirdikdən sonra söz tədbirin digər iştirakçılarına verilib.

Tədbirdə iştirak edən yazıçı Mənzər Niyarlı, Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, şair, publisist Ağacəfər Həsənli, şair, yazıçı Kərim Kərimli, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü İbrahim İlyaslı, Kəmalə Abıyeva, Rəfail Tağızadə və digər qonaqlar çıxış edərək öz fikirlərini bildiriblər.

Qonaqların fikrinə görə, müəllifin kitabının çap edilməsi Azərbaycanın, mədəniyyət paytaxtımız Şuşanın tarixinin öyrənilməsində, gələcək nəsillərə ötürülməsində böyük rolu var.

Qeyd edək ki, kitabda yazıçı, publisist Yunus Oğuzun da tərcümeyi-halı və onun "Cığır" romanından parçalara da yer verilib.

Sonda müəllifə mükafat verilib və iştirakçılara kitab hədiyyə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31