Bakıda “Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbir keçirilib - FOTO

Mədəniyyət Nazirliyi tərəfindən Heydər Əliyev Mərkəzinin qarşısında açıq məkanda Qərbi Azərbaycanın etno-mədəni mühitinin, habelə qeyri-maddi mədəni irsinin nümayiş olunması məqsədilə "Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət" adlı tədbir keçirilib.

Olaylar xəbər verir ki, tədbirdə bir sıra dövlət və hökumət nümayəndələri iştirak edib. Tədbir çərçivəsində Qərbi Azərbaycana məxsus milli geyim və mətbəx stendi, gündəlik həyatda istifadə olunmuş məişət əşyaları, seçilmiş tarixi abidələr 3D maketlər nümayiş olunub.

Tədbirin yekununda qala konserti keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31