Rasim Balayev nə etməliydi

Rasim Balayev nə etməliydi, Prezident  yüksək mükafat - "İstiqlal"  ordeni verir, Nəsimi, Babək obrazlarından danışır, O da durub iqdisadiyyatdan danışmalıydı? Söz düşmüşkən qələbə müharibəsində Ali Baş Komandanın rolunu qiymətləndirib Babəkə bənzədir. Söhbət həmən an Babəkdən düşdüyü üçün belə müqayisə aparır, deməliydi əsl Napoleon Sizsiz?
Yoxsa bu qələbədə dövlət başçısının rolu yoxdur? Axı uzaq tarix deyil, hər şey hamımız gördük. Şəhid və qazilərimizin qəhrəmanlığı, ordumuzun, dövlətimizin, xalqımızın möhtəşəmliyi göz önündə idi. 
Prezidentin bəlkə əvvəllər heç özünə də məlum olmayan fitri istedadları, geniş təsəvvür etmə, sonranı hesablaya bilmək , ağıllı, cəsarətli qərarları dünyanı heyrətə salmamışdı?
İndi Rusiya-Ukrayna- Nato müharibəsi fonunda bu aydın görünmür?
Müharibədən əvvəlki anı nəzərə alıb, sonrakı dəyişmələri təsəvvür etməkdə səhvlər buraxmışdı bir çox tarixi şəxsiyyətlər.  Çoxu ildırım sürətiylə qələbə proqnozlaşdırmışlar.
Napoleon hər şey hesablamışdı, başını qaldırıb təqvimə baxmağı, qabaqdan qış gəldiyini nəzərə almağı unutmuşdu. Hitler ildırım sürətiylə Moskvanı tutacağını düşünmüş, SSRİ- - nin genişliyini nəzərə almamışdı. 
Putinə generalları 2- 3 günə Kiyevdə şampan partlatmağ söz vermişlər, Qərb sanksiyalarla Rusiyanı çökdürməyi düşünmüşdü. Hanı nəticələr? Nə oldu? Bataqlıq.
Yaxın dünya tarixində müharibə edib qələbə çalan ikinci bir ölkə göstərə bilərsiz?
Bu qələbədə hər kəsin- əlində bayraq tutub, "Azərbaycan " qışqıran uşaqdan Ali Baş Komandana qədər payı vardı.
İndi bunu dilə gətirən xalq artistinə hücumlar nəyə lazımdı?
Düzdür, Rasim müəllimin son müsahibədə səsləndirdiyi fikirlər məqbu deyil, ən azından daha təmkinli cavab verə bilərdi. Ancaq 75 yaşlı insanın, neçə gündür haqqında gedən söz- söhbətdən bezmiş, əsəbləşmiş, bir az da müxbirin suallarından əsəbləşən vəziyyətdə ona irad tutanları xalq, kütlə anlayışları ilə eyniləşdirməsi baş vermiş, yenidən müzakirələr başlamışdır.
Nədənsə yaxşı şeyləri, uğurları, faydalı işləri deyil, bələ şeyləri danışmaqdan zövq alırıq elə bil.
Bir neçə gün əvvəl Ramiz Rövşənin məlum şerinin Necib Fazilin şeirləriylə oxşarlığını , şairin buna izah verərsə yaxşı olar fikrini yazmışdım. Nə qədər dostlarımız müzakirəyə qoşulmuşdu. Amma faydası da bu oldu ki, Kims ə bu şerin bir hissəsini kəsib, türkcəyə çevrib, rəhmətlik Necib Fazilin şəklini qoyub, paylaşıb. Şerin bütöv variantı Azərbaycan dilindədir və dəyərli şairimiz Ramiz Rövşənə məxsusdur.
Bilirsiniz, böyüklərimizi, dəyərlilərimizi təftiş etməyək, prokuror kimi onları sorğu - sual etməyək, səhv axtarmayaq, böyüklük axtaraq, faydalı tərəflərini qabardaq. 
O pisdi, bu belədi, nə edək, çıxaq marsdan gətirək?
Bəzən düşünürəm ki, çox yox e, 10- 20 il sonra indiki uşaqlar, elə biz özümüz də Xankəndində bir söyüdün altında paxlava ilə samovar çayı içə- içə, gözlərimizi qıyıb, ironiya ilə baxacayıq ki, görün nələri müzakirə edirmişik?
Sən demə bizə həqiqət kimi görsənən şübhələr, dedi- qodular ilğım imiş, Rasim Balayev də, Ramiz Rövşən də, digər səhv tutmaq istədiklərimiz  də dəyərli azərbaycanlılar imiş.
Həmişə  demişəm  indi  də  deyirəm. Azərbaycan xalqı  ali xalqıymış...

Sadıq Qarayev

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31