Yaqub Mahmudovun Vikipediya səhifəsində yeni bölmələr yaradılıb

Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, akademik Yaqub Mahmudovun Vikipediya səhifəsi yenilənib.

Olaylar.az xəbər verir ki, bu barədə tarixçi Nazim Xəlilov məlumat verib.

Nazim Xəlilov bildirib: "Yaqub Mahmudovun Vikipediya səhifəsində yeni bölmələr - "Tanınmış yetirmələri", "Filmoqrafiya", "Haqqında yazılmış əsərlər" və "Qeydlər" bölmələri yaradılıb. Səhifədə bir çox materiallara, o cümlədən Azərbaycan Respublikası Prezidentinin, Yeni Azərbaycan Partiyasının, AZƏRTAC-ın, ADPU-nun, BDU-nun, AMEA-nın və Azərbaycan Milli Kitabxanasının saytlarına istinad edilib. Bundan başqa, səhifənin yenilənməsində iki mühüm əsərdən - "Yaqub Mahmudovun tarixçilər məktəbi" (Bakı, 2019) və "Ağır sınaqlarda sınmayan böyük alim: Yaqub Mahmudov" (Bakı, 2022) kitablarından da istifadə olunub".

Səhifənin linki: https://az.wikipedia.org/wiki/Yaqub_Mahmudov

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31