“Azərbaycan” kinoteatrı fəaliyyətini dayandırır

"Azərbaycan" kinoteatrı yenidən bağlanır. Teatr müvəqqəti olaraq, təmir-bərpa işlərindən ötrü öz işini dayandırır. Kinoteatr tərəfindən yayılan pres-relizdə göstərilir ki,  həmin məkanda  olan film proyektoru, avadanlıq və oturacaqların, həmçinin ofis təchizatı və mebeli, istilik və kondisionerləşdirmə sistemləri, barlar üçün avadanlıqları satışa çıxarılıb.

Xatırladaq ki, hələ ötən ilin ortalarında kinoteatrın bağlanması ilə bağlı xəbərlər yayılmış, amma kinoteatr rəsmiləri məsələyə münasibət bildirməmişdi. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31