Vaqif Poeziya Günlərinin iştirakçıları Şuşada toplaşıb
14 İyul 2023 15:38 MədəniyyətBu gündən Şuşada Vaqif Poeziya Günləri başlayır.
Olaylar.az Trend-ə istinadən bildirir ki, Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə iyulun 14-ü və 15-də Şuşada keçiriləcək poeziya günlərinin qonaqları artıq mədəniyyət paytaxtına toplaşıb.
Qonaqlar ilk əvvəl Şuşada bərpa edilmiş bir sıra dini və tarixi-mədəni abidələrimizi ziyarət edəcək. Günün ikinci yarısında isə Vaqif Poeziya Günlərinin açılış tədbiri olacaq. Daha sonra gecə saatlarınadək poeziya, konsert proqramları təqdim ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31