Madonna İtaliyanı qarışdırdı

Amerikalı müğənni Madonna İtaliyaya səfəri zamanı qalmaqal yaradıb. Buna səbəb ulduz müğənninin İtaliyanın məşhur muzeylərindən biri olan Uffuzi müzeyində olmasıdır. Madonna muzeyin adətən bağlı vaxtında bura gəlib və bu İtaliya sənət adamlarını əsəbləşdirib. Onlar bildiriblər ki, qeyri-iş vaxtında muzey rəhbərliyinin qapılarını Madonnanın üzünə açması xoş hal deyil .Madonna muzeydə olan zaman əsasən Leonardo da Vinci, Migelancelo, Sandro Bottiçelinin əsərlərinə maraq göstərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31