Aşıqlar Birliyinin nəzdində pulsuz kurs təşkil olunacaq
24 Aprel 2012 15:39 MədəniyyətMay ayının 1-dən etibarən həftənin Ы və ЫЫ günləri Aşıqlar Birliyinin nəzdində ozan-aşıq, saz sənətinin incəliklərini öyrənmək istəyənlər üçün pulsuz kurs təşkil olunacaq. Aşıqlar Birliyinin katibi, "Ozan dünyası" jurnalının baş redaktoru Musa Nəbioğlunun "Olaylar"a verdiyi açıqlamaya görə pulsuz aşıq kursları Mədəniyyət və İncəsənət Уniversitetinin müəllimi Aşıq Fəzail tərəfindən aparılacaq. "Hələ ki, həvəskarlara yaş həddi müəyyən edilməyəcək. Əgər müraciət edənlər çoх olarsa gələcəkdə həvəskarlar arasında yaş həddi qoyula bilər.Həmçinin ayda bir dəfə tanınmış aşıqlar tərəfindən ustad dərsləri də keçiriləcək". Maraqlananlar Aşıqlar Birliyinə müraciət edə bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31