Diasporla fond sədri Qırğızıstan Xalqlar Assableyasının sədri  Almambet Matubraimova Ulu Öndərin 100 illiyinə həsr etdilmiş kitab hədiyyə ediblər

Türkdilli Dövlətlərin siyasətinə Dəstək fondunun prezidenti Nüsrət Məmmədov "Azəri" ictimai birliyinin sədri Əzizağa Əliyevlə birlikdə Qırğızıstan Xalqlar Assableyasının sədri  Almambet Matubraimovla görüşüblər. 

Görüş zamanı Almambet Matubraimov 1997 ci il mart ayının 6 da Azərbaycana rəsmi  səfərindən, səfər zamanı Ulu Öndər Heydər Əliyev tərəfindən qəbul edilməsindən, Ulu Öndər Heydər Əliyevlə görüş xatirələrindən böyük fəxrlə danışdı. 

Xatırladaq ki Almambet Matubraimov 1993 cü ildə Qırğızıstan Respublikasının dördüncü Baş naziri və 1995-1997 ci illərdə Qırğızıstan Parlamentinin nümayəndələr Palatasının (Yuxarı Palatasının) ilk sədri olmuşdur. 

1996-1999 illərdə Beynəlxalq Parlamentlər Assambleyasında Dağlıq Qarabağ üzrə koordinasiya şurasının sədri seçilmişdir. 

Qeyd edək ki Beynəlxalq Parlamentlər Assambleyasında Dağlıq Qarabağ üzrə koordinasiya şurasının sədri vəzifəsini icra etdiyi  dövrlərdə Azərbaycanın haqlı  mövqeyini ən yüksək tribunalardan səsləndirmişdir. 

Sonda Türkdilli Dövlətlərin siyasətinə Dəstək fondunun prezidenti Nüsrət Məmmədov və "Azəri" ictimai birliyinin sədri Əzizağa Əliyev Qırğızıstan Xalqlar Assableyasının sədri  Almambet  Matubraimova fondun Bişkekdə nəşr etdirdiyi  "Xalqa bağışlanmış ömürdən anlar" və "Müzəffər Ali Baş Komandan:  Əziz Şuşa, sən azadsan!" kitablarını hədiyyə etdilər. 

Fondun prezidenti Nüsrət Məmmədov Qırğızıstan Xalqlar Assableyasının sədri  Almambet Matubraimovu Şuşada rusiyalı tanınmış kinorejissor Qriqoriy Naxapetovun müəllifi olduğu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100, dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 95 illiyinə həsr edilən "Planetlə dialoq" adlı filmin nəzərdə tutulan premyerasına  və Fondun Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Bişkekdə nəşr etdirdiyi kitabların   təqdimatı mərasiminə dəvət etdi. 

Xalqlar Assemleyasının sədri Almambet Matubraimov dəvəti böyük məmnuniyyətlə qəbul etdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31