Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə "Məzun günü" keçirilib - FOTO

Tədbirdə ADMİU-nun rektoru, professor Ceyran Mahmudova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova və heyəti, eləcə də ADMİU nəzdində Humanitar Kollecin direktoru, dosent Nərmin Qaralova, kollecin müəllim-tələbə heyəti, valideynlər və məzunlar iştirak ediblər. Tədbirdən öncə müəllim və tələbə heyəti şəhidlərin xatirəsini ehtiramla yad edib.

Olaylar.az xəbər verir ki, günün rəsmi hissəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova çıxış edərək kollecin tələbələrinə xoş arzularını çatdırıb.
Daha sonra  kollecin direktoru Nərmin Qaralova bütün məzunları bu münasibətilə təbrik edərək, kollecdənkənar həyatlarında da uğurlar və müvəffəqiyyətlər arzulayıb. 
 
Bundan əlavə kollecdə təhsil aldığı müddətdə xüsusi fəallığına, tələbəlik illərində respublika üzrə, eləcə də ölkədən kənar qazandıqları nəaliyyətlərə görə bir sıra tələbələr "Fəxrimizsiz" diplomları ilə təltif edilib. 

Bu il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə 3 şöbə üzrə 434 tələbə:  "Kulturologiya" şöbəsindən 160, "Təhsil ixtisasları" şöbəsindən 171 , "İncəsənət" şöbəsindən 103, ümumilikdə 400-dən çox tələbə məzun olub.

Məzun gününü qeyri-rəsmi hissəsində Respublikanın  xalq artisti Gülyaz Məmmədova və "O səs Azərbaycan" səs yarışmasının qalibi Zülfü Əsədzadə  musiqi nömrələri ilə çıxış ediblər.
Məzun tələbələrimizi bir daha təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik!

Daha çox fotolar üçün: https://t.me/admiuhk

https://kollec.admiu.edu.az

#ADMİUHK #kollecadmiueduaz #təhsil #admiuhkmətbuat #admiuhktv #admiuhktgt #tehsil #education #EduAz #humanitarkollec #elmtehsil #ElmvəTəhsilNazirliyi  #culturegovaz #MədəniyyətNazirliyi #qraduasiya #Məzun #MəzunGünü #Məzun2023 #graduate

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31