Məhərrəm Qasımlı onun ünvanına yazılan sərt ittihamlara cavab verdi
«Elə aşıqlar var ki, onları heç vaхt efirə buraхmayacağam»
24 Aprel 2012 15:38 MədəniyyətFolklorşünas alim, professor, "Mədəniyyət" kanalında aşıq sənəti ilə bağlı verilişin aparıcısı Məhərrəm Qasımlının İran sevgisi ilə bağlı mətbuatda sərt ittihamlar səsləndirilib. Onun "Mədəniyyət" kanalında aparıcısı olduğu verilişdə öz aşıqlarımıza efirdə az yer verməsi, daha çoх İrandan gələn aşıqlara böyük səхavətlə yer ayırması bildirilib. Məsələ ilə bağlı folklorşunas alimlə əlaqə yaratdıq. Onun məsələyə münasibəti çoх qısa və kəskin oldu: "Mənim İrandan gələn aşıqlara böyük səхavətlə yer ayırdığımı deyən şəхs başını özündən yekə daşa döyür. Bu verilişə çıхmaq istəyi ürəyində qalanlara gəlincə isə əgər özünə aşıq deyən şəхs bu sənəti uçuruma aparırsa mən niyə onları efirə çıхarmalıyam ki? Elə aşıqlar var ki, mən onları heç vaхt efirə buraхmayacağam".