35 il sonra Göyçə kəndlərində saz sədaları: tarixi yurd yerimizdən həsrət dolu GÖRÜNTÜLƏR

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin çəkiliş komandası Göyçə mahalında olub. 35 ildən sonra ilk dəfə Göyçənin kəndlərində saz sədaları eşidilib.

QSC-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə, "AZTV XƏBƏR" komandası illər sonra Aşıq Ələsgərin doğulduğu mahala səfər edib və saz havaları ətrafa yayılıb.

Birbaşa bağlantıda Göyçə mahalının kəndləri görüntülənib və aşıq havaları, saz sədaları o kəndlərə doğru yayılıb.

Həmin görüntüləri təqdim edirik: https://www.youtube.com/watch?v=asGIP8dhVHY&ab_channel=AZTV

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31