"Oliqarxın alaçığın"nın təqdimatı keçirildi - FOTO

Aprelin 29-da ˝Libraf˝ kitab mağazasının ˝Park Akademiya˝ filialında yazıçı Məqsəd Nurun "Oliqarxın alaçığı" kitabının təqdimatı və imza günü keçirilib. Kitabda müəllifin 1988-2018-ci illərdə yazdığı əsərləri - "Şəhər Meri" romanı, "Küləkli şəhər", "Ovuntu", "Katastrofiklər",  "Rütubət sevgiləri", "Qırğız gündəliyi" və  "Sınaqlar"  adlı silsilə hekayələri yer alıb. Roman estetikasında yazılmış silsilə hekayələrdə sadə insanların həyatı, müharibə zədələri, urbanizasiyanın fəsadları təsvir olunur.  "Oliqarxın alaçığı" Məqsəd Nurun Azərbaycanda nəşr edilən sayca üçüncü kitabıdır. Tədbirdə yazarlar, millət vəkilləri, media cameəsinin nümayəndələri iştirak ediblər. 

Konsept.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31