Türk Dünyası Köşə Yazarlarının Simpoziumu başlayıb
27 Aprel 2023 12:04 MədəniyyətTürkiyədə Türkiyə Cümhuriyyəti Rabitə Nazirliyinin təşkilatçılığı ilə Türk Dünyası Köşə Yazarlarının Simpoziumu keçirilir.
Olaylar.az xəbər verir ki, simpoziumda Türk Dövlətləri Təşkilatına üzv olan beş ölkə (Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan), üç müşahidəçi dövlət (Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası), mətbuat mənsubları və rəy liderləri iştirak edir.
Xaricdən 35 jurnalistin qatıldığı proqrama Türkiyədən 15 mətbuat mənsubunun qatıldığı bildirilir.
Qeyd edək ki, proqramın ilk günü iştirakçılar Boğaziçi gəmi turundan sonra qala şam yeməyinə qatılıblar. Simpoziumda yazıçı-publisist, "Olaylar" qəzetinin və "Olaylar" İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz da iştirak edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31