Cenifer Lopezin Bakıdakı konsertinin şok qiymətləri

Son günlər dünyanın bir çox media orqanlarında, o cümlədən Azərbaycan mətbuatında ünlü sənətçi Cenifer Lopezin Bakıya səfəri haqda xəbərlər yer alır. Dünya şöhrətli sənətçinin Bakıda iştirak edəcəyi  FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılış mərasiminin biletləri artıq satışdadır. Biletlərin qiyməti isə hər kəsi şoka sala biləcək səviyyədədir. Belə ki, sözügedən tədbirdə iştirak üçün biletlərin qiyməti 5,10,15 AZN arasında dəyişir. Qiymətlər 3 kateqoriyaya görə, müəyyən olunub. I kateqoriyaya ön sıralar aiddir və qiyməti 15 AZN-dir.II kateqoriyaya künclərarası oturacaqlar aidir və qiyməti 10 AZN-dir.Sonuncu III kateqoriyaya isə qapı arxası oturacaqlar aiddir, qiyməti isə 5 AZN-dir.Qeyd edək ki, sentyabrın 22-də FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılış mərasiminin baş tutacağı Tofiq Bəhramov adına Respublika Stadionun tutumu 32 min nəfərə bərabərdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31