Əkbər Qoşalı yaradıcılığının 33 ili

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) qurucusu və ilk başqanı, Çuvaşıstan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü, şair-publisist Əkbər Qoşalının (Əkbər Mehdi oğlu Yolçuyev; 03.04.1973) bu il 50 yaşı tamam olur. DGTYB-nin yaradılmasının 25 illik yubileyi də bu ilə təsadüf edir. Həmçinin Milli QHT Forumu İdarə heyətinin 2006-cı ildən üzvü, CASCFEN İdarə heyətinin (2019-cu ildən) üzvü, Azərbaycan Yazıçılar Birliyi (AYB) İdarə heyətinin üzvü olan Ə.Qoşalı 1994-cü ildən peşəkar ictimai fəaliyyətlə məşğuldur. Bir neçə gənclər təşkilatının qurulmasında yaxından iştirak edib, təşkilat sədri, təşkilatların seçkili orqan­larının üzvü olub; o cümlədən, Gənclər Təşkilatları Milli Şurasının İctimaiy­yətlə əlaqələr üzrə sədr mü­avini, Nəzarət-təftiş Komissiyasının sədri, Məclis üzvü olub. Müstəqil Azərbaycan Gənclərinin I Forumunda Ümummilli Lider qarşısında çıxış edib, artıq həyata keçmiş təkliflər irəli sürüb.
2020-c ildən Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, 2021-ci ildən Mədəniyyət Nazirliyi yanından İctimai Şuranın sədr müavinidir. Daha öncələr Gənclər və İdman Nazirliyində baş təlimatçı, Atatürk Mərkəzində şöbə müdiri vəzifəsində çalışıb.
Ə.Qoşalı 44 günlük Vətən müharibəsi vaxtı Türk dünyası yazarları başda olmaqla dün­yanın dörd tərəfindən tanınmış yazarların Azərbaycanın haqlı işinə mənəvi dəstək mək­tublarını, çıxışlarını təşkil edib. Tanınmış özbək şairi Xasiyyət Rüstəmin Ə.Qoşalının redaktoru (və uyğun­laş­dırıcılarından biri) olduğu, Azərbaycan həqiqətlərinə həsr edilmiş "Adı Lalə idi o qızın" poeması, habelə ayrıca "44 gün" adlı kitabı müvafiq olaraq Bakıda və Daşkənddə yayınlanıb. Müdafiə Nazirliyi Ə.Qoşalını "Vətən müharibəsi zamanı vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək Azərbaycan Ordusuna göstərdiyi mənəvi dəstəyə, qayğı və diqqətə görə" Fəxri Fərmanla təltif edib (28.04.2021).
O, 1998-ci ildən AYB-nin üzvü, 2010-cu ildən "Ulu Çinar" dərgisi redaksiya heyətinin üzvüdür. Vaxtilə AYB Gənclər Şurasının üzvü, uzun müddət "Ədə­biyyat qəzeti" redaksiya heyətinin üzvü (2004-2022), AYB Nəzarət-təftiş komissiyasının sədr müavini (2014-2022) olub. Qardaş Özbəkistanın nüfuzlu "Kitab dünyası" qəzetinin Azərbaycan təmsilçisi (2016-cı ildən), 2022-ci ildən Özbəkistan Yazıçılar Birliyinin, 2023-cü ildən Çuvaşıstan Milli Yazıçılar Birliyinin fəxri üzvüdür.
Ə.Qoşalı respublikamızın Gənclər mü­kafatı (2002), "Rəsul Rza" Bey­nəlxalq mükafatı (2009), "Vektor" Beynəlxalq Elmlər Akademiyasının "Şahmar Əkbər­zadə" Beynəlxalq Poeziya mükafatı (2006), Qazaxıstanın "Töleqen Ayber­qanov" (2016) və nüfuzlu "Alaş" Bey­nəlxalq Ədəbiyyat mükafatının (2019) laureatıdır.
Ə.Qoşalı Azərbaycan yazıçılarının son üç qurultayının məruzəçilərindəndir.
Onun şeirləri ingiliscəyə, ruscaya, vyetnamcaya çevrilib, qardaş türkcələrə uyğun­laşdırılıb və ölkə xaricindəki nüfuzlu ədəbi portal, dərgi, qəzet və antologiyalarda ya­yınlanıb. Ə.Qoşalının uyğunlaşdırmasında qardaş ölkələrin bir çox yeni nəsil şairinin və klas­sikinin şeirləri azərbaycanca yayınlanıb. Türk dünyasının böyük klassiklərindən Əhməd Yəsəvinin ünlü "Divani-Hikmət"ini (Tural İrfanla birgə) azərbaycancaya çevirib və kitab Mədəniyyət Nazirliyinin xətti ilə ötən il gün üzü görüb. Görkəmli Azərbaycan şairi Əli Kərimin Mədəniyyət Nazirliyi xətti ilə nəşr olunan ikicildlik "Seçilmiş əsərləri"nin məsləhətçisi, şairin Ankarada ("BENGÜ", 2021) çıxan "Seçmə şeirlər"inin redaktoru da Ə.Qoşalıdır. O, onlarla başqa ədəbi, bədii, elmi-publisistik kitabın da müəllifi, həmmüəllifi, tərtibçisi, redaktoru və ya önsöz müəllifidir: "Ömür qoyub ge­dənlər", "Qar çiçəyi", "Türkün səsi", "Azərbaycan türkologiyası" (biblo­qra­fiya; ortaq), "Altun bitik", "Ölümlərin ötəsi", "Ölü yuxusu", "Səs. Söz. Rəng", "Çağdaş Azərbaycan ədəbi qurumları", "Yeni nəsil Azərbaycan aşıqları" (2 c.), "Azərbaycan gənclər hərəkatı", "Gəl­dik. Gördük. Yazdıq", "Bölgə­lər­dən səslər" (3 c.), "Can Azərbaycan", "Yeni nəsil tatar şeiri antologiyası", "Yeni qazax şeiri antologiyası", "Özbək şeir çələngi", "Gənc qırğız şeiri antologiyası", "Qəlbdəki və qələmdəki Qarabağ", "Ürək daşı", "Xəyalımı çağırdım (özbəkcə; 2020) və b.
Ankara, Astana, Bişkek və Kazanda yeni kitabları nəşrə hazırlanır.
"Nobel qardaşlarının ilk uğuru" (2019), "Stalinin qaranlıq keçmişi" (2019), "100 illik şərəfli ömür" (2019), "Xəta və xatirə" (2020) filmləri Ə.Qoşalının redaktorluğu ilə çəkilib.
Sözləri Ə.Qoşalıya, musiqisi B.Nəsibova aid olan "Əziz Şuşa" mahnısı ilk dəfə Mə­dəniyyət və İncəsənət Universitetinin "Xəzər" xorunun Kamera və Orqan Musiqisi zalındakı konsertində ifa edilib (28.12.2022; xor üçün işləyən: T. Yusifova, solo ifa: Xalq artisti G.Məmmədova). "Qara sevda" şeirinə R.Bəhmənli, "Altaylardan qopan atlar" şeirinə İ.Əsgəroğlu, "Bilmirəm" şeirinə türkiyəli sənətçi S.İncə musiqi bəstələyib.
Dəfərlərlə xarici və ölkəiçi festival, simpozium, konfranslarda uğurla çıxış edib.   
Azərbaycan Prezidentinin 1322 saylı Sərəncamı ilə 15.06.2015-ci ildə "Tərəqqi" medalı, 26.06.2018-ci ildə Azərbaycan Prezidenti adından Müdafiə Nazirliyi tərəfindən "Azər­baycan Ordusu-100" yubiley medalı ilə təltif edilən, Prezidentin Təqaüd Fon­dunun tə­qa­üd­çüsü (2008-2009) olan yazar, Gənclər Təşkilatları Milli Şurasının Azərbaycan Gənclər və İdman Nazirliyi (AGİN) ilə ortaq təsis etdiyi "Fəxri Gənc" Qızıl nişanı (2010), Azərbaycan Jurnalistlər Birliyinin "Zərdabi" Diplomu (2003); TÜRKSOY-un "Molla Pənah Vaqif" medalı (2018), Beynəlxalq Türk Akademiyasının "Gümüş medal"ı (2022), Qazaxıstanın I Prezidenti N.Nazarbayevin imzası ilə "Qazax Xalqı Asaambleyası-25" yubiley medalı (2020), Qırğız Respublikasının "Toktokul Satılganov" (2014), Qırğız Milli Yazıçılar Birliyinin "Xidmətlərə görə" (2019), "Əmir Teymur Fondu"nun "Turan birliyi" (Bişkek, 2022), Tatarıstan Respublikası Mədəniyyət Nazirliyinin "Mədəniyyət sahəsində uğurlara görə" (2022) və Qazaxıstanın "Gültekin" (2018), "Türk dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası"nın "Altun yıldız" (2021) me­dalları ilə, RF Arxangelsk Vilayət Hökuməti Mədə­niyyət Nazirliyi (2017), Saxa (Ya­kutiya) Respublikası Mədəniyyət Nazirliyi, Saxa Par­la­menti, Saxa Dövlət Başçısı Admi­nistrasiyası Humanitar siyasət şöbəsinin "Təşək­kür­naməsi", Rusiya Yazıçılar Birliyinin "Fəxri Fər­man"ı (2019) ilə təltif olunub; eləcə də, AGİN, Mədəniyyət İşçiləri Həmkarlar Təşkilatı Res­publika Komitəsi, Milli QHT Forumu, Quzey Makedoniya Mədəniyyət Nazirliyi, Tatarıstan Dövlət Şurası Təhsil, mədəniy­yət, elm və milli məsələlər Komitəsi, Tatarıstan Yazıçılar Birliyi, Başqurdistan Yazıçılar Birliyi, Çuvaşıstan Yazıçılar Bir­li­yi, Gənc Qaqauz Yazıçıları Birliyi, Saxa Yazıçılar Birliyinin və b. "Fəxri fərman" və "Dip­lom"ları ilə təltif edilib.
O, qurucusu olduğu DGTYB-yə 1998-2019-cu illərdə uğurla başqanlıq edib; hazırda DGTYB Məsləhət Şura­sının başqanı, eyni za­manda, Azərbaycan Jurnalistlər Birliyinin (1995-ci ildən), Milli QHT Forumu İdarə Heyətinin (2006-cı ildən), CASCFEN İdarə heyətinin (2019-cı ildən) üzvüdür. 2011-2017-ci illərdə "Yeni Azər­baycan" qəzetinin Ədəbiyyat şöbəsinin redaktoru olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31