“Bu şəhərdə”nin konsertində yağış yağdı, tamaşaçılar qaçdı
29 İyun 2012 16:07 Mədəniyyət
Qəbələ sakinləri "Bu şəhərdə"nin konsertini güclü leysan altında izləyiblər.Bu barədə məlumatı Lent.az-a komandanın aktyoru Rafael İsgəndərov verib.Onun sözlərinə görə, iyunun 20-də Qəbələ şəhərindəki konsertləri zaman qəribə hadisə ilə üzləşiblər. Belə ki, konsertin başlayan kimi güclü yağış yağıb. Tamaşaçılar bir müddət yağışın altında dayanıb, proqramı izləsələr də, axıra yaxın məkanı yarımçıq tərk etməli olublar: "Çox güclü yağış idi. Tamaşaçılar dözdülər, dözdülər, axıra yaxın yağış da gücləndi. Əvvəl ayaq üstə izləyənlər qaçdılar. Qabaq sırada oturanlar bir müddət çətirlə izlədilər. Amma axırda güclü yağışa onlar da dayana bilməyib getdilər. Həmin gün səhərəcən yağış yağıdı".Rafael İsgəndərov deyir ki, onlar Lənkəranda da çətinliklə qarşılaşıblar: "Lənkəranda çox dəhşətli isti idi. O qədər tərləmişdik ki, yapışqanla yapışdırdığımız bığ sürüşüb düşürdü, əlimizlə tuturduq".Aktyor komandanın iyunun 15-dən 26-dək respublikanın 8 bölgəsində keçirdiyi konserti uğurlu hesab edib: "Şükürlər olsun ki, sağ-salamat başa vurub gəldik. Səfərlərimiz çox uğurlu alındı. Ən çox izləyicilərimiz Şəki idman kompleksində, Qəbələdə, Gəncədə oldu. Sonuncu konsertimizi Mingəçevirdə başa vurduq".
Qeyd edək ki, komanda iyunun 15-i Lənkəranda, 17-si Şirvanda, 19-u Şəkidə, 20-si Qəbələdə, 22-si Qubada, 24-ü Bərdədə, 25-i Gəncədə, 26-sı isə Mingəçevirdə olmaqla 2 saatlıq konsert proqramı ilə çıxış ediblər. 30 nəfər heyət və bütün texniki avadanlıqla bir yerdə ilə gedən "Bu şəhərdə" komandasının konsertinə giriş dəvətnamə ilə olub. Komandanın istəyi ilə konsertin dəvətnamələri rayonun ağsaqqallarına, milli qəhrəman və şəhid ailələrinə, idmanda fərqlənənlərə verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31