150 il ərzində teatr sənəti zəngin tarixi yol keçib - ÖZƏL
10 Mart 2023 13:20 Mədəniyyət"Bu gün zəngin bədii irsin və yaradıcılıq ənənələrinin qorunmasını, milli-mənəvi dəyərlərin təbliğini və dünya mədəniyyətinə inteqrasiyasını təmin edən Azərbaycan teatrının 150 yaşı tamam olur". "Olaylar"ın məlumatına görə, bunu deyən millət vəkili Hicran Hüseynova bildirib ki, nə az, nə çox, düz 150 il boyunca teatrımız uzun və keşməkeşli və ən əsası şərəfli bir yol keçərək, XIX əsrin 70-ci illərində qazandığı ilk uğurları, günümüzədək əldə etdiyi nailiyyətləri, müvəffəqiyyətləri və uğurları ilə bəlli bir yaradıcılıq yolu müəyyənləşdirib: "Bu illər ərzində teatr sənəti qədim və zəngin tarixi yol keçib. Qeyd edək ki, hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə "Milli Teatr Günü" təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında "Milli Teatr Günü" kimi qeyd edilməsi qərara alınıb".