Xalq yazıçısı Anar 85 yaşını qeyd edəcək
9 Mart 2023 13:22 MədəniyyətMartın 14-ü Azərbaycanın xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anarın doğum günüdür.
Olaylar.az xəbər verir ki, yazıçı 85 yaşını qeyd edəcək.
Xalq yazıçısı Anar Rəsul oğlu Rzayev 1938-ci il martın 14-ü şair Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində dünyaya gəlib.
Qeyd edək ki, Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir. 2014-cü ildə isə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türkdilli Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib.
Onun əsərləri nəinki Azərbaycanda, həm də ölkəmizin sərhədlərindən kənarda da çap edilib, pyesləri tamaşaya qoyulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31