“Heydər Əliyev və mədəniyyət” mövzusunda tədbir keçirilib - ÖZƏL - FOTO
28 Fevral 2023 13:11 MədəniyyətFevralın 28-də Yardımlı rayon Tarix-Diyarşünaslıq muzeyində "Heydər Əliyev və mədəniyyət" mövzusunda növbəti tədbir keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə muzey əməkdaşları iştirak edib. Əvvəlcə şəhidlərimizin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə açan Muzeyin baş fond mühafizi İlqar Həsənov bildirib ki, müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir:.. Ulu öndər Heydər Əliyevin ölkənin bütün sahələrində, o cümlədən , mədəniyyət sahəsində gördüyü işlər vətəninə, dövlətinə, xalqına nə qədər bağlı olduğunu nümayiş etdirir.Tədbirdə Ümummilli lider Heydər Əliyevlə bağlı hazırlanmış kitab sərgisi təşkil olunub . Sərgi haqqında muzey əməkdaşı Amil Xamiyev tədbir iştirakçılarına məlumat verib.

