Akademik Yaqub Mahmudovun Vikipediya səhifəsi yenilənib

Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, akademik Yaqub Mahmudovun Vikipediya səhifəsi yenilənib.

Olaylar.az xəbər verir ki, bu barədə tarixçi Nazim Xəlilov məlumat verib.

Yaqub Mahmudovun Vikipediya səhifəsi "Həyatı", "Əsas elmi əsərləri", "Üzv olduğu akademiyalar", "Təltif və mükafatlar", "Xarici keçidlər", "Həmçinin bax" və "İstinadlar" bölmələrindən ibarətdir. Səhifə bir çox materiallar, o cümlədən Yeni Azərbaycan Partiyasının, BDU-nun Tarix fakültəsinin, AMEA-nın və Azərbaycan Milli Kitabxanasının saytları, "Yaqub Mahmudovun tarixçilər məktəbi" (Bakı, 2019) və "Ağır sınaqlarda sınmayan böyük alim: Yaqub Mahmudov" (Bakı, 2022) kitabları əsasında yenilənib.

Səhifənin linki: https://az.wikipedia.org/wiki/Yaqub_Mahmudov

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31