Ramiz Novruzun ölümü ilə bağlı ailəsindən AÇIQLAMA
21 Fevral 2023 11:26 MədəniyyətXəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Novruzov dünyasını dəyişib.
"Bir də gördük, kolların arasından 4 polis çıxdı. Qışqırdılar ki..." - Yaddaşlarda Həzi Aslanov kimi qalan Ramiz Novruz
Olaylar.az xəbər verir ki, bizim.media-nın əməkdaşı mərhum sənətkarın evinə yollanıb.
Redaksiyamızın əməkdaşının əldə etdiyi məlumata görə, aktyorun ötən gün vəziyyəti ağırlaşıb.
Ailəsi təcili olaraq onu "Bona Dea Hospitalı"na aparıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, R.Novruzov saat 23:00 radələrində dünyasını dəyişib.
Qeyd edək ki, mədə xərçəngindən əziyyət çəkən Ramiz Novruz aylar əvvəl əməliyyat olunmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31