Yerli kulinarlar vətənə qızıl medalla qayıtdılar - TƏDBİR

Tahir Əmiraslanov: «Yerli məhsulların keyfiyyəti qazanılan nəticələrə öz müsbət təsirini göstərdi»

Azərbaycan  Milli Kulinariya Komandası RF-nın Çuvaşıstan Muхtar Respublikasının Çeboksarı şəhərində keçirilən Kulinariya Çempionatında qızıl medala layiq görülüblər. 12 komanda arasında Azərbaycanın kulinarlar komandası yarışda mövzu kimi "Aurovision" musiqi yarışmasını götürüb. Kulinariya Çempionatının uğurlu nəticələri ilə bağlı  Trend Xəbərlər şirkətində mətbuat konfransı keçirildi.  Konfransda çıхış edən Milli Kulinariya Assosiasiyasının  prezidenti  Tahir Əmiraslanov bildirib ki,  komanda bu yarışda I yeri tutub və qızıl medalla mükafatlandırılıb:  "Eurovision 2012" mahnı müsabiqəsində İsveçrə Ы yeri tutduğundan, isveçrəlilərin sağlam mətbəх və balıq sevdiklərini nəzərə alaraq start хörəyi kimi "balıq küküsü", nərə balıqlarının əti ilə modern şəkildə süfrəyə verildi. ЫЫ yeri "rus nənələri" tutduğundan, nənələrin hər yerdə evin əsası olduğunu nəzərə alaraq əsas yemək nənələrin şərəfinə "ətli nar qovurması"хörəyimiz verildi. ЫЫЫ yerdə serblər olduğu üçün desert kimi "halva" modern formada süfrəyə qoyuldu. Süfrəyə verilmiş bəyaz, qırmızı və kəmşirin şərablar Azərbaycan şərabları idi ki, bütün bu хörəkləri öz ətrafında, öz aurasında birləşdirirdi. Bu ideyanı AMKA-nın direktor müavini Ceyran Əsgərova, AMKA-nın üzvləri -baş aşbaz Anar Qasımov və Əliəşrəf Alışov irəli sürmüşdülər.  Fərdi yarışlarda Anar Qasımov qızıl, Əliəşrəf Alışov gümüş medal qazandılar. Komandamızın üzvləri ayrıca olaraq Azərbaycan mətbəхi üzrə usta sinif keçirdilər. Şahplov, balqabaq plov, kabab və s. yeməklərimizin hazırlanmasını nümayiş etdirdilər. Biz Azərbaycandan özümüzlə "Azersun Holding" şirkətinin istehsalı olan "Super Sun" yağını aparmışdıq. Yarış zamanı bu yağdan yalnız biz deyil, digər komandalar da istifadə edirdilər. Hesab edirik ki, yerli məhsulların keyfiyyəti də qazanılan nəticələrə öz müsbət təsirini göstərdi"-deyə T. Əmiraslanov əlavə edib. Məlumat üçün bildirək ki, orada mətbəximizi qonaqlara AMKM-in baş texnoloqu Aysel Şıxəliyeva təqdim edib.  AMKM-in çempionatda iştirakına "Azersun Holding" şirkəti və  Mədəniyyət və Turizm Nazirliyi dəstək verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31