Xatirə İslam üzə çıxdı

"Çox xoşbəxtəm..."

Milli.Az xəbər verir ki, iyunun 11-də təmtəraqlı toy edib ailə həyatı quran populyar estrada müğənnisi Xatirə İslam gözəllik salonlarının birinin açılışına gəldiyi zaman əksər qonaqların diqqətini üzərinə yönəldib.Gəlin olduqdan sonra üzə çıxan müğənnu Milli.Az-ın əməkdaşı ilə söhbəti zamanı ürəkdolusu xoşbəxtlik yaşadığını gizlətməyib.

"Çox xoşbəxtəm. Böyük hərflərlə xoşbəxt olduğumu yaza bilərsiniz. Həqiqətən, xoşbəxtliyin nə olduğunu ailə qurduqdan sonra hiss etdim. Allahdan cəmi subaylara ən azı mənim qədər özünü bəxtəvər hesab etmələrini arzulayıram. Sevib-sevilməkdən, sevdiyinin yanında olmaq, ondan dəstək almaqdan gözəl nə ola bilər axı?" - deyən müğənni daha sonra fotokameramız qarşısına keçib, xoşbəxtliyini nümayiş etdirirmiş kimi şəkillər çəkdirməyə də yox demədi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31