Məşhur cütlüyün toy şəkilləri yayıldı
27 İyun 2012 18:10 MədəniyyətBu gün ABŞ və Avropa mediası Hollivud ulduzları, məşhur aktyorlar Bred Pitt və Ancelina Colinin toy şəkillərini müzakirə edirlər.Fotolar səhər saatlarında yayılıb. Milli.Az TMZ-yə istinadən bildirir ki, fotolar 8 il əvvəl, "Mister və Miss Smit" filminin çəkiliş meydançasında çəkilib. Pitt və Coli arasındakı eşq də məhz həmin filmin çəkilişlərində başlanmışdı. Filmdəki nikah səhnəsinin çəkilişdən sonra aktyorlar uzun müddət geyimlərini soyunmayaraq qucaqlaşır, pıçıldaşırdılar. Bu səhnələri də çəkiliş meydançasındakı fotoqraflar əldən buraxa bilməzdilər. Ancelina Coli arxiv fotolarının bu gün səhər yayılması ilə bağlı sadəcə, deyib: "Hər işdə bir məna var. Fotolar da yəqin nəyə görəsə yayılıb".8 ildən bəri Ancelina Colinin arxivində qalmış şəkillərin məhz bu gün yayılması maraqlıdır...