"Bakı Kristal Zalı"nda şou hazırlıqlarından ilk görüntülər
24 Aprel 2012 13:49 MədəniyyətMay ayında Bakıda keçiriləcək "Eurovision 2012" şousunun keçiriləcəyi "Bakı Kristal Zalı"nda şounun səhnə dizaynı və avadanlıqları qurulur. Lent.az-ın "eurovision.az" saytına istinadən verdiyi xəbərə görə, "Eurovision 2012"-nin 6 möhtəşəm şousuna hazırlıqlar gedir. Səhnə dizaynı və şounun detalları sürpriz olduğundan məkanın yalnız bəzi görüntüləri təqdim edilib. İndi görəcəyiniz bu arenada may ayında 57 illik tarixi olan müsabiqənin ən qeyri-adi şousu yaşanacaq.Qeyd edək ki, Dövlət Bayrağı Meydanı yaxınlığında tikilən "Bakı Kristal Zalı" 23 min tamaşaçı tutumuna malikdir, daha 16 min tamaşaçı müsabiqənin yarımfinalları və finalına böyük monitorlarda canlı efirdə baxmaq imkanı əldə edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31