“Möhtəşəm yüzyıl”a rəqib gəlir

Bu il Türk film tarixində ən çox izlənən "Fetih 1453"ün davamını anladacaq serialın çəkilişlərinə başlanılır.
"Qafqazinfo"nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, İstanbulun fəthindən sonrakı dövrdən bəhs edəcək serial üçün Beykoz Kundura Fabrikində 10 min m2-lik platonun tikintisinə başlanılıb. Serial "Aksoy Film"in heyətilə çəkiləcək. Serialın ssenarisinin kimin tərəfindən yazıldığı hələlik bilinmir.
Serial 160 dəqiqəlik filmin 4 seriada yayımlanmasından sonra serial kimi 5-ci seriadan oktyabr ayında yayıma başlayacaq. Filmin yayım haqlarını Show Tv-yə satan "Aksoy Film"dən sonra, serialın yayım haqları da Med Yapım tərəfindən Show TV-yə verilib.
Serialın aktyor heyətində filmdə olduğu kimi Fatih Sultan Mehmet rolunu Devrim Evin oynayacaq. Həmçinin Şahika Koldemir, Cengiz Coşkun, Sedat Mert və Dilek Serbest kimi "Fetih 1453" oyunçularının da serialda yer alacağı planlaşdırılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31