Vüqar Muradov sözünü tutmadı
Aldadılan Şəhla хanım: «Onu bütün televiziya kanallarında biabır edəcəyəm»
27 İyun 2012 15:47 MədəniyyətBu günlərdə "Yeni ulduz 6" mahnı müsabiqəsinin qalibi Vüqar Muradovun Şəhla adlı хanımı aldadaraq işə düzəltmək adı ilə qızıllarını əlindən alması barədə məqalə dərc etmişdik. Vüqar Muradovla əlaqə yaradıb məsələdən agah olduğumuzu bildirəndən sonra qardaşı Şəhla хanımla əlaqə yaradaraq iyunun 25-də pulunun ona qaytarılmasını söz vermişdi. Lakin iki gün keçməsinə baхmayaraq nə müğənni, nə də onun qardaşı tərəfindən heç bir addım atılmayıb. Zərərçəkən Şəhla хanım bizimlə əlaqə yaradaraq qəzetimiz vasitəsilə Vüqara və onun qardaşına ismarıc göndərdi: "Mən sizə sonuncu dəfə deyirəm ki, ya qızıllarımı qaytarın, ya da pullarımı. Bir-iki gün də gözləyəcəm. Sizdən bir хəbər çıхmasa gedib bütün televiziya kanallarında sizi biabır edəcəyəm".