Nizami Gəncəvi şəxsiyyəti xalqımızın milli, mədəni və mənəvi varlığının təsdiqidir - ÖZƏL
5 Dekabr 2022 11:52 MədəniyyətMillət vəkili Cavanşir Feyziyev Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən nəşr olunmuş "Türk Dünyası gəncləri - Nizami Gəncəvi dühası" adlı kitabın təqdimat mərasimində iştirak edib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib. Bildirib ki, Nizami Gəncəvi şəxsiyyəti xalqımızın milli, mədəni və mənəvi varlığının təsdiqidir. Millət vəkili Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Çuvaşıstanın gənc alimlərinin Nizami Gəncəvi haqqında elmi araşdırmalarını yüksək qiymətləndirib və Nizami irsinin bütün türk dünyası üçün misilsiz bir sərvət olduğunu vurğulayıb. O bütün türk dövlətlərindən olan gənc tədqiqatçıların Nizami irsinin araşdırılması ilə bağlı birgə layihə üzərində çalışmasını türk xalqları arasında mədəni-ədəbi əlaqələrin inkişafına böyük töhfə olduğunu qeyd edib və layihənin təşəbbüsçülərinə və iştirakıçılarına minnətdarlığını ifadə edib.