Turizm İnstitutunda beynəlxalq sertifikatlı bələdçilərin hazırlanmasına başlanıb

İngilisdilli bələdçilərin daha da təkmilləşməsi üçün Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm İnstitutu (ATİ) və Almaniyanın GİZ təşkilatının dəstəyi ilə 3 mərhələdə keçirilməsi planlaşdırılan təlimlərə start verilib. ATİ-nin mətubat хidmətindən verilən хəbərə görə,  təlimlərin ilkin mərhələsi bu gün Turizm İnstitutunda başlayıb. Bir həftə davam edəcək təlimləri Turizm Bələdçiləri Assosiasiyası Dünya Federasiyasının beynəlxalq sertifikatlı bələdçisi xanım İvana Curuvija aparacaq.  Təlimləri uğurla başa vuran 12 iştirakçı  Turizm Bələdçilər Assosiasiyası Dünya Federasiyasının beynəlxalq sertifikatlı üzvlüyünə qəbul ediləcəklər.Təlimlərin ikinci mərhələsi Bakı Turizm İnformasiya Mərkəzində 26-28 aprel tarixində keçiriləcək.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31