Fərqanə musiqiçilərsiz konsert verəcək
25 İyun 2012 18:45 MədəniyyətXalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımova yeni qastrol səfərinə hazırlaşırlar.Xalq artistinin meneceri Səadət xanımın Lent.az-a verdiyi məlumata görə, sənətçilərimizin iyulun 9-da Fransaya yola düşürlər. Onlar iyulun 11 və 12-də konsert proqramı ilə çıxış edəcəklər. İyulun 13-də isə xalq artistimiz Türkiyəyə gedəcək. TRT kanalının təklifi ilə televiziyalarda bir həftəlik proqramlara qatılacaqlar. Bütün proqram sənətçilərinin fəaliyyətinə həsr ediləcək. Həmin proqramlarda Alim Qasımov 22 iyulda, Fərqanə Qasımova isə iyulun 13-dən 18-nə kimi çıxış edəcək. Fərqanə qızı Fatimə ilə birgə Londonda yola düşəcək və orada konsert proqramı ilə çıxış edəcək. Fərqanə Qasımova burada fərqli ölkələrin sənətçiləri ilə ifalar təqdim edəcək. Maraqlı məqam odur ki, konsertdə musiqiçilər olmayacaq. Sənətçilərimin iyulun 23-də Vətənə qayıdacaq.