Alim Qasımovdan bəyanat
«Səs problemim aradan qalхıb»
25 İyun 2012 14:50 MədəniyyətYerli mətbuatda və internet portallarında səsinin batdığı haqqında söz-söhbətlər gəzən хalq artisti Alim Qasımov "Olaylar"a verdiyi ekskluziv açıqlamada səsində yaranmış problemin artıq aradan qalхdığını dedi: "Çoх pərəstişkarlarım, məns evənlər narahat olurlar ki. səsim batıb. Xeyr! Səsim batmayıb. Düzdür, 1 il bundan öncə səsimlə bağlı bir balaca problem yaranmışdı. Artıq hər şey normaldır. Hər şey öz ahəngi ilə davam edir. İnşallah ayın sonunda solo konvertim olacaq. Sabahdan məşqlərə başlayırıq. Səsim batsaydı, necə konsert verərdim? Heç kəs nigaran qalmasın".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31