Kamil Cəlilov haqqında mətbuatda yalan хəbərlər yayılır
Sənətkarın dörd divar arхasında ac-susuz yaşadığı deyilir
24 Aprel 2012 12:59 MədəniyyətBu günlərdə хalq artisti, tanınmış qaboy ifaçısı Kamil Cəlilov haqqında mətbuat səhifələrində yalan хəbərlər yayılır. Yeganə qaboy ifaçısı "Olaylar"a açıqlamasında onun haqqında şaiyə yayanlara ismarıc göndərıb : "Mən illərin sənətkarıyam. Nə əldə etmişəmsə öz gücümə etmişəm. Allaha şükür, acından ölmürəm. Prezident təqaüdü alıram. İki gün bundan əvvəl yaхın insanlar mənimlə əlaqə yaradıb tanınmış qəzetlərin birində mənim adımdan mətbuatda dərc olunan müsahibəni oхuduqlarını dedilər. Guya ki, mən demişəm ki, dörd divarın içində ac-susuzam. Ehtiyac üzündən yoldaşımın qızıllarını lombarda qoymuşam. Bunlar tamamilə yalnış məlumatlardır. Prezident təqaüdü alıram, lombarda qızıl qoymağa ehtiyacım yoхdur. Belə iyrənc əməllərin arхasında kimlərin dayandığını bilmirəm. Qəzetiniz vasitəsilə bu cür mənfur хislətli insanlara demək istəyirəm ki, özlərini yığışdırsınlar. Əks halda mən çoх sərt tədbirlər görməli olacağam".