Polşada Azərbaycan mədəniyyəti təbliğ olunur
25 İyun 2012 14:48 MədəniyyətPolşada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi cəmiyyətinin təşəbbüsü ilə bu ölkənin Lomja şəhərində bir çox xaqların təmsil olunduğu "Beynəlxalq şəhərcik" tədbiri çərçivəsində "Azərbaycan cadırı" qurulub. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, tədbirdə Lomja və digər ətraf şəhərlərdə yerləşən müxtəlin tədris ocaqlarından və məktəblərdən gəlmiş tələbə və şagird qrupları, şəhər rəhbərliyi və sakinləri, mətbuat nümayəndələri iştirak ediblər. Sərgidə Azərbaycanın Polşadakı Səfirliyinin təqdim etdiyi çoxsaylı albomlar, xəritələr, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ həqiqətlərini, memarlıq və incəsənət əsərlərini əks etdirən materiallar nümayiş olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31