Ağacları kəsməklə,
Kağız düzəldir insan.
"Ağacları qoruyun ! "-
Kağıza yazır insan.
Kağıza yazdığını,
Ağacdan asır insan.
Sanki bu sözlər ilə,
Ağacı söyür insan.
Elə bil kağız ilə,
Ağacı döyür insan.
Əlibalayeva Gülnarə
Cəfər Cabbarlı ev-muzeyinin böyük elmi-işçisi, jurnalist.