Hayıf
1 İyul 2022 12:29 MədəniyyətAy insan, nəfsini pulamı satdın?
Bununla şərəfi, qeyrəti atdın.
Başdan ayağadək çirkaba batdın,
Sənə vida verən saflığa hayıf.
***
Hər kəsin qəlbini qırıb qanatdın,
Ədalət bilməyib xalqı aldatdın.
Ananı naəlac görüb ağlatdın,
Sənə həyat verən varlığa hayıf.
***
Haqsızlığı gördün, göz yumub yatdın,
Pul hərisliyinlə sən nəyi daddın?
Vicdanına vicdansızlığı qatdın,
Sənə qida verən torpağa hayıf.
Əlibalayeva Gülnarə
Cəfər Cabbarlı ev-muzeyinin böyük elmi-işçisi, jurnalist.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31