Mehrim sırğa taxan kişilərin bostanına daş atdı
"Bəzi kişi ifaçılarımız dözməyib xoruz pipiklərini efirdə belə qaldırırlar”
22 İyun 2012 23:25 MədəniyyətMüğənni Mehrim əsəbiləşərək bəzi şou nümayəndələrinin ünvanına ağır ifadələr işlədib.
Bu barədə "Qafqazinfo" ya açıqlama verən ifaçı bildirib ki, şou aləmidə çox çirkin işlər baş verir: "Baxın, nələr baş verir bu aləmdə?.. Hər gün biri çıxır efirə. Döyüşülər, savaşlar, sonra da baxırsan ki, barışıb bir-birlərinə can deyirlər" .
Şou-biznesi analiz etməyi öz öhdəsinə götürdüyünü deyən Mehrim deyib ki, tamaşaçıların seçim etmək imkanları bitib: ""Youtube" də iki populyar simaların çıxışını izlədim. Baxdım ki, bir müğənni mədəniyyət, digəri isə şou yaratmağı təbliğ edir. Sonra baxıram televiziya kanallarına fəlakət görürəm. Bəzi kişi ifaçılarımız dözməyib xoruz pipiklərini qaldırıb, sırqa taxıb çıxırlar efirə. İnsanları cəlb etmək üçün başlayırlar təlxəklik etməyə. Dərd orasındadır, nə oxuyurlar bilinmir. Qadın müğənnilərin adı gələndə insanlar sənətçi yox, başqa şeylər düşünür" .
İfaçı şou-biznesin mədəniyyətin ayrılmaz bir hissəsi olduğunu deyərək, şou əhlini bui işi düzgün təbliğ etməyə çağırıb: "Yaxşını yamandan seçməyə çalışaq. Efirlərdə baş verənlərin qarşısını almaq lazımdır. Televiziyazlar nəfslərinə güc gələ bilmir, pul xatirinə istedadsız və savadsız ifaçıları çıxardılar verlişlərə" .