Azərbaycanda ilk dəfə Milli Qurama Festivalı keçiriləcək

Azərbaycanda ilk dəfə olaraq "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Şəhəri İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi'nin təşkilatçılığı ilə Bakida Milli Qurama Festivalı keçiriləcək.
"OLAYLAR" "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə istinadən xəbər verir ki, festival zamanı Azərbaycan muzeylərinin fondlarında saxlanılan qurama nümunələri və qurama sənətkarlarının əl işlərindən ibarət sərgi nümayiş olunacaq, qurama məhsullarının hazırlanması üzrə ustad dərsləri keçiriləcək. 
Tədbirdə, həmçinin qurama ilə bağlı şeir və bayatı nümunələrindən ibarət poeziya axşamı, musiqi gecəsi təşkil olunacaq.
Festival 7 iyul - 7 avqust 2022-ci il tarixlərində Bakının bir necə məkanında baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31